Dünya

Kamala Harris səlahiyyətlərini təhvil verdi

19 Yanvar 2021 08:51
Baxış: 747
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın seçilmiş vitse-prezidenti Kamala Harris senator səlahiyyətlərini təhvil verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu qərar yerli vaxtla saat 12:00-da qüvvəyə minib.

"Mən yanvarın 18-i saat 12:00-dan Kaliforniya ştatının senatoru vəzifəsindən gedirəm. Son dörd ildə məni Senatda xidmət etmək şərəfinə layiq görən Kaliforniya sakinlərinə təşəkkür etmək istəyirəm", - Harrisin Kaliforniya qubernatoru Gevin Nyusoma ünvanladığı məktubunda deyilir.

Dekabrın 22-də Nyusom bildirmişdi ki, Harrisin Senatdakı yerini Kaliforniyanın katibi Aleks Padilla tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.