Dünya

Bayden ABŞ-ı sazişə qaytara bilməyəcək - Rusiya

16 Yanvar 2021 13:18
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın bütün beynəlxalq məsələlərdə tutduğu mövqe dünya birliyinin prinsiplərinə birbaşa ziddir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyana danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.

"Bayden rəhbərliyinin Açıq Səma Razılaşmasına qayıtma ehtimalı azdır, çünki müqavilə ilə bağlı mövqeyi beynəlxalq aləmin prinsiplərinə ziddir", - Qavrilov vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya hakimiyyəti Açıq Səma Razılaşmasından çıxmaq haqqında qərar qəbul edib. Daha öncə isə ABŞ sözügedən razılaşmanı tərk etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.