Dünya

Daha 13 FETÖ-çü Yunanıstandan sığınacaq istədi

15 Yanvar 2021 13:29
Baxış: 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstan mətbuatı yanvarın 13-də Rodos adasının qərbindəki Egey dənizinin sahilinə şübhəli bir qayığın yaxınlaşdığı, yerli sakinlərin məsələ ilə bağlı polis və sahil təhlükəsizliyi briqadalarına məlumat verdikləri barədə xəbər yazıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bildirilir ki, İzmirdə kirayələnən qayıqda biri qadın olmaqla, 13 nəfər olub və onlar özlərini "Gülənçi" kimi təqdim edərək, Yunanıstandan sığınacaq istəyiblər. Yunanıstan tərəfi onların sığınma istəyini nəzərdən keçirəcək.

Qeyd edək ki, Türkiyədən Girit adasına qaçan altı FETÖ üzvü də yanvarın 10-da bu ölkəyə sığınmaq üçün müraciət etmişdi. Özlərini "Gülənçi" adlandıran qrupda iki qadın da vardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.