Dünya

ABŞ-da “Pfizer” peyvəndi vurulan həkim öldü

8 Yanvar 2021 11:34
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da "Pfizer" peyvəndi vurulan həkim iki həftədən sonra ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 56 yaşlı əri Qreqori Maykl 18 dekabrda peyvənd edilib və 16 gün sonra həyatını itirib:

"Məncə, onun ölümü 100 faiz peyvəndlə əlaqəli idi. Bunun başqa bir açıqlaması yoxdur".

O deyib ki, Mayklın aktiv həyat tərzi olub, siqaret çəkməyib, yalnız arada spirtli içki qəbul edib.

Bundan əlavə, peyvənddən əvvəl müayinədən keçən Mayklda heç bir xəstəlik aşkar olunmayıb.

Peyvənd olunduqdan üç gün sonra həkim qollarında və ayaqlarında qırmızı ləkələr müşahidə edib, bu da dərialtı qanaxma olduğunu göstərir. Müayinə zamanı onda kəskin trombosit çatışmazlığı tapılıb.

Həkimlər ona idiopatik trombositopenik purpura diaqnozu qoyublar. Onlar həmkarlarının həyatını xilas etməyə çalışsalar da, yanvarın 3-də kişi əməliyyatdan əvvəl beyin qanamasından ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.