Dünya

İraq Ali Məhkəməsindən Trampa qarşı HƏBS QƏRARI

7 Yanvar 2021 18:56
Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq Ali Məhkəmə Şurası iranlı General Qasım Süleymani və Əbu Mehdi El-Mühəndisin ABŞ-ın hücumunda Bağdadda öldürülməsi ilə bağlı aparılan istintaq çərçivəsində açıqlama verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, yazılı açıqlamada generala və mühafizəçilərinə qarşı sui-qəsd hadisəsini araşdıran Bağdaddakı Rusafa Məhkəməsinin istintaqı tamamladığı və ABŞ Prezidenti Donald Tramp üçün həbs qərarı verildiyi bildirilib.

Həbs orderinin Cinayət Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq alındığı və istintaqın sui-qəsd hadisəsində iştirak edən əcnəbilərin və İraqlıların şəxsiyyətinin müəyyənləşdirilməsinə davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələrinin Komandiri Qasim Süleymani və Haşdi Şabi Təşkilatının vitse-prezidenti Əbu Mehdi El-Mühəndis, 3 yanvar 2020-ci il tarixində ABŞ-ın İraqın paytaxtı Bağdaddakı Beynəlxalq Bağdad Hava Limanı yaxınlığında təşkil etdiyi əməliyyatda öldürülüb. Hadisədən sonra toplanan İraq Parlamenti, ölkədəki bütün xarici əsgərlərin çıxarılması da daxil olmaqla bir qərar vermişdi. Ancaq Sünni və Kürdlərin iştirak etmədiyi iclasda alınan qərar qüvvəyə minməyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.