Dünya

İvanka Trampın baş verənlərə reaksiyası tənqidlə nəticələndi

7 Yanvar 2021 11:00
Baxış: 1 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın qızı İvanka Tramp Konqres binasına daxil olan iğtişaşçılara müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, öz Tvitter səhifəsindəki paylaşımında onları "Amerikanın vətənpərvərləri" adlandırıb.

İvanka, həmçinin atasının "Xahiş edirəm, paytaxt polisini və hüquq-mühafizə orqanlarımızı dəstəkləyin. Onlar, həqiqətən, ölkəmizin yanındadırlar. Sakit qalın", - postunu da yayımlayıb.

Prezident qızının "vətənpərvər" ifadəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və o tənqidə məruz qalıb. İvanka sözügedən postunu silmək məcburiyyətində qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.