Dünya

ABŞ-da ən çox silsilə qətllər törətmiş şəxs öldü

31 Dekabr 2020 11:16
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ tarixində ən çox silsilə qətllər törətməsi ilə tanınan qatı cinayətkar Samuel Littl çərşənbə günü Kaliforniyada 80 yaşında ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Associated Press" agentliyi cəzaların icrası məsələləri üzrə idarənin nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Littl şəkərli diabet xəstəsi olub, onun ürək problemləri də var idi. Bununla belə, onun ölümünün dəqiq səbəbi araşdırılır.

S.Littl ömürlük həbs cəzasına məhkum edilmişdi. Onun törətdiyi qətllərdən təxminən 60-ı rəsmi olaraq öz təsdiqini tapıb. Özü isə 93 nəfəri qətlə yetirdiyini etiraf etmişdi. Littl uzun müddət bu cinayətləri törətdiyini inkar etsə də, 2018-ci ildə onları etiraf etməli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.