Dünya

Urmiya gölünün sahəsi iki dəfədən artıq genişlənib

28 Dekabr 2020 17:22
Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Urmiya gölünün sahəsi 2785 kvadrat kilometrdən çox genişlənib ki, bu da qeydə alınmış minimum həcmlə müqayisədə iki dəfə artım deməkdir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Urmiya gölünün Bərpası üzrə  Qərargahın rəhbəri Fərhad Sərxoş deyib.

"Hazırkı vəziyyət 2014-cü illə müqayisədə 100 %-dən çoxdur. Suyun həcmi 3 260 milyard kubmetri keçib ki, suyun həcmi 2015-ci illə müqayisədə və gölün bərpası istiqamətində praktik tədbirlərə başlamazdan əvvəlkindən 5 dəfədən çox artıb".

Qeyd edək ki, İran hökuməti 10 illik plan çərçivəsində 2015-ci ilədək 80%-i quruyan Urmiya gölünün bərpa proqramına başlayıb. 2021-ci ilin dövlət büdcəsində gölün bərpası üçün yalnız 498 milyon tümən vəsait ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.