Dünya

Xorvatiyada güclü zəlzələ olub

28 Dekabr 2020 15:27
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiyada 5.2 bal gücündə zəlzələ olub.

Milli.Az APA-ya istinadən bildirir ki, episentri paytaxt Zaqrebdən 50 km cənub-qərbdə olan zəlzələ ölkənin mərkəzində güclü hiss olunub.

Hələlik yaralılar və dağıntılar haqda məlumat verilməyib.
"Hələ ki dağıntı ilə bağlı məlumatımız yoxdur, ancaq bu zəlzələnin onun episentrinə yaxın olan Petrinja qəsəbəsinə maddi ziyana səbəb olacağı ehtimalı var", - deyə seysmoloq Kresimir Kuk bildirib.

Zəlzələnin ardınca 4.9 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.