Dünya

Gürcüstan 4 il sonra Avropa İttifaqına üzv olmaq istəyir

26 Dekabr 2020 14:14
Baxış: 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 25-də Gürcüstan Parlamentində fövqəladə iclas keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda təsdiqlənmiş 16 maddədən ibarət qanun layihəsində Gürcüstanın xarici siyasəti, ölkənin ərazi bütövlüyünün bərpası üçün lazımi addımların atılması və strateji tərəfdaş ölkələrlə əlaqələrin daha da möhkəmləndirilməsi kimi prioritet məsələlər yer alıb.

Layihədə ilk olaraq Abxaziya və Cənubi Osetiya problemlərinin həlli, qaçqınların geri qaytarılması və NATO və Avropa İttifaqı  ilə tam inteqrasiyanın davam etdirilməsi əks olunub. Həmçinin, Gürcüstanın 2024-cü ildə Aİ-nin həqiqi üzvü olmaq üçün müraciət edəcəyi bildirilib.

Sənədin 6-cı bəndində Gürcüstan üçün Türkiyə və Azərbaycan tərəfdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.

"Gürcüstan təsirli və balanslı bir regional siyasət izləyərək Qara dəniz bölgəsində sülhü, təhlükəsizliyi və sabitliyi təmin etməyi və sosial-iqtisadi və mədəni əlaqələri gücləndirməyi hədəfləyir",- deyə qeyd olunub.

ABŞ və Avropa ölkələri ilə ikitərəfli əlaqələrin gücləndirilməli olduğunu bildirən qətnamə layihəsində, Rusiyanın Gürcüstandakı işğal siyasətini tətbiq etməyə davam etdiyi və Tbilisi rəhbərliyinin bu ölkəyə qarşı beynəlxalq məhkəmələrdə iddialarını qətiyyətlə davam etdirəcəyi bəyan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.