Dünya

Bu Afrika ölkəsində 1.3 milyon insan aclıqdan əziyyət çəkir

24 Dekabr 2020 20:13
Baxış: 2 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Afrikada yerləşən Uqandada 1.3 milyon insan aclıqdan və qida çatışmazlığından əziyyət çəkir.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında məlumat verilib. Aclıqdan əziyyət çəkən insanların böyük əksəriyyətinin qonşu Burundi və Cənubi Sudandakı silahlı münaqişələrdən Uqandaya pənah gətirmiş qaçqınlar olduğu bildirilib.

COVID-19 pandemiyasının yayıldığı indiki dönəmdə insanların immunitet üçün yaxşı qidalanmasının vacib olduğu şəraitdə bu əhalinin təminatı ilə bağlı dünya birliyinə çağırış edilib. Xüsusilə, fiziki və əqli inkişaf mərhələsində olan uşaqların gələcəyi üçün qida çatışmazlığı və aclıq problemlərinin fəlakətli nəticələr doğura biləcəyi ifadə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.