Dünya

Tehran-Ankara aviareysi bərpa edildi

24 Dekabr 2020 19:01
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Iran Air" aviaşirkəti bir neçə aylıq fasilədən sonra Tehran-Ankara sərnişin aviareysi üzrə birbaşa uçuşları bərpa edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu  aviaşirkətin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hüseyn Cahani deyib.

Qeyd edək ki, "Iran Air"in İstanbul və Ankara da daxil olmaqla dünyanın bir çox istiqaməti üzrə uçuşları fevral ayında qlobal koronavirus infeksiyasının yayılması ilə eyni vaxtda dayandırmışdı.

Tehran-İstanbul arasında birbaşa uçuşlar 3 ay sonra bərpa edildi, lakin Tehran-Ankara aviareysi üzrə uçuşları bərpa etmək üçün "Iran Air" aviaşirkəti İran və Türkiyə rəsmilərindən icazə gözləyirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.