Dünya

Yas mərasimində 2 azərbaycanlını güllələndilər - Qisas - FOTO

24 Dekabr 2020 15:02
Baxış: 10 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Marneuli rayonunda iki nəfər azərbaycanlı güllələnib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yas mərasiminin keçirildiyi ərazidə baş verib. Zərərçəkənlərin ayaqlarından güllələndiyi bildirilir.

Yaralanan şəxslər xəstəxanaya çatdırılıblar. Hadisə yerində araşdırma aparılır.

Güllələnən hər iki azərbaycanlının vəziyyəti qənaətbəxşdir.

Bu barədə APA-ya yerli sakinlər məlumat veriblər. Bildirilib ki, güllələnən şəxslər yerli xəstəxanaya yerləşdirilib və əməliyyat edilib. 

İnsidentin qisas zəminində baş verdiyi ehtimal olunur. Faktla əlaqədar qanunsuz odlu silah saxlanılması və sağlamlığa qəsdən zərər vurma maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.