Dünya

Pakistanda Türkiyə şirkətlərinə hücum olub

22 Dekabr 2020 12:51
Baxış: 1 376
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Pakistanın Lahos şəhərində fəaliyyət göstərən Türkiyə şirkətlərinə hücum edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin çevik qüvvələri "Albayraq və Özpak" şirkətlər qrupunun 6 obyektinə basqın edib.

Polislər rəhbərlik və işçi heyətə zor tətbiq edib, onları çölə çıxarıb və yanlarında şəxsi əşyalarını götürməyə icazə verməyib. Çevik qüvvələr daha sonra məkanda yerləşən təhlükəsizlik kameralarında olan bütün görüntüləri siliblər.

Pakistan rəsmi qurumları isə sözügedən hücumla bağlı hər hansı bir açıqlama verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.