Dünya

Özkan Sümer vəfat edib

22 Dekabr 2020 10:32
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə futbolu ağır itki ilə üzləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkə futbolunun tarixi şəxsiyyətlərindən sayılan Özkan Sümer vəfat edib.

Türkiyə millisinin sabiq baş məşqçisi uzun sürən xəstəlikdən sonra 80 yaşında müalicə aldığı xəstəxanada vəfat edib. Xərçəngdən əziyyət çəkən Sümer bu gün dəfn olunacaq.

"Konyaspor", "Qalatasaray", "Dənizlispor", "Malatyaspor", "Samsunspor" və "Petrol Ofisi" kimi klublarda çalışmış Özkan Sümer "Trabzonspor" əfsanəsi sayılır.

O, "bordo-mavili" klubda həm futbolçu, həm baş məşqçi, həm aşağı yaş qrupu üzrə koordinator, həm də prezident kimi fəaliyyət göstərib. Sümer baş məşqçi kimi "Trabzonspor"a Türkiyə çempionluğunu qazandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.