Almaniyada koronavirusla mübarizə çərçivəsində tətbiq olunan qaydalara etiraz edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində hökumətin qərarlarına qarşı yürüş keçirilib.
"Ayrı-seçkiliyə qarşı və insan hüquqları uğrunda səssiz yürüş" şüarı ilə baş tutan nümayiş paytaxt Berlində kütləvi hal alıb. Minlərlə vətəndaş "COVID-19" tədbirlərinə etiraz olaraq Holzmarkt küçəsinə axın edib.
Sosial məsafəyə riayət etməyən və maska taxmayan vətəndaşlar polis tərəfindən xəbərdar edilib. Nəticədə toqquşmalar baş verib, saxlanılanlar var.
Milli.Az