Almaniyada karantinə etiraz - FOTO

21 Dekabr 2020 15:36

Almaniyada koronavirusla mübarizə çərçivəsində tətbiq olunan qaydalara etiraz edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində hökumətin qərarlarına qarşı yürüş keçirilib.

"Ayrı-seçkiliyə qarşı və insan hüquqları uğrunda səssiz yürüş" şüarı ilə baş tutan nümayiş paytaxt Berlində kütləvi hal alıb. Minlərlə vətəndaş "COVID-19" tədbirlərinə etiraz olaraq Holzmarkt küçəsinə axın edib.

Sosial məsafəyə riayət etməyən və maska taxmayan vətəndaşlar polis tərəfindən xəbərdar edilib. Nəticədə toqquşmalar baş verib, saxlanılanlar var.

Milli.Az