Dünya

Dünyanın danışdığı yeni virusun adı bəlli oldu

21 Dekabr 2020 09:50
Baxış: 3 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın səhiyyə naziri Mett Hankok və Baş nazir Boris Conson mutasiyaya uğramış yeni növ koronavirusla bağlı açıqlamalar veriblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Hankok peyvəndlər vurulana qədər mutasiyaya uğramış formanı nəzarət altına almağın çətin olacağını deyib:

"Hər kəsi COVİD-19 yeni başlayırmış kimi tədbirli davranmağa dəvət edirəm. Tədbirli olmadıqca yeni mutasiya növünü nəzarət altına ala bilmərik. Məhdudiyyətləri qarşıdakı bir neçə ayda da davam etdirməyi planlaşdırırıq".

Boris Conson isə açıqlamasında səhiyyə institutları tərəfindən virusa B.1.1.7 SARS-CoV-2 adı verildiyini və 70% daha çox yoluxucu ola biləcəyini deyib:

"Xəstəliyin klinikliyini, risk qruplarını və şiddətini dəyişib-dəyişməyəcəyini hələlik bilmirik".

Qeyd edək ki,  Niderland, Fransa, İtaliyadan sonra İsveç, Bolqarıstan, Latviya, Avstriya, Almaniya, Estoniya da Böyük Britaniya ilə gediş-gəlişi dayandırıb. Britaniyadan başqa, Danimarka, Niderland və Avstraliyada da mutasiyaya uğramış yeni növ virus aşkarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.