Dünya

Böyük Britaniyada koronavirusun yeni növünün 70 faizə qədər daha yoluxucu olduğu öyrənilib

20 Dekabr 2020 19:59
Baxış: 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada müşahidə olunan, mutasiyaya uğramış yeni koronavirus növünün 70 faizə qədər daha yoluxucu olduğu öyrənilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir Boris Conson, yoluxmada artımın mutasiyaya uğramış koronavirusun yeni növü ilə əlaqəli olduğunu söyləyib. O bildirib ki, aşkar edilən yeni növ virus köhnədən 70 faizə qədər daha yoluxucudur.

Baş nazir paytaxt London, şərq və cənub-şərqdə virusa yoluxmada artım baş verməsi səbəbindən yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunacağını açıqlayıb.

İndiyədək ölkədə tətbiq olunan üç səviyyəli regional tədbirlər sisteminə dördüncü bir səviyyə əlavə edilib. Dekabrın 20-dən etibarən qüvvəyə minəcək tədbirlər çərçivəsində, qida satışı olmayan bütün mağazalar və idman yerlərinin bağlanması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.