Terror təşkilatı DHKP-C-nin üzvü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın evinin qarşısında gizli şəkildə fotolar çəkərkən saxlanılıb.
Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Milliyət" qəzeti məlumat yayıb. Təşkilat nümayəndələrindən ibarət digər 21 nəfər də iqamətgahın yerləşdiyi ərazinin yaxınlığında ələ keçirilib.
Saxlanılan şəxsin iqamətgahın yanında müxtəlif fotolar çəkdiyi, digər təşkilat nümayəndələrini gözlədiyi və təxribata hazırlaşdıqları məlum olub.
Milli.Az