Dünya

İsraildə vətəndaşların kütləvi peyvəndlənməsinə başlanıldı

20 Dekabr 2020 14:16
Baxış: 880
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bazar günü səhər İsraildə vətəndaşların koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Kan" dövlət telekanalı xəbər verib.

Birinci mərhələdə tibb işçiləri, tibb universitetlərinin tələbələri və geriatrik mərkəzlərin əməkdaşları, eləcə də bələdiyyələrin və hakimiyyət orqanlarının nümayəndələri peyvənd olunacaq. Onlar bu şəkildə ölkə vətəndaşlarına nümunə göstərməyə çalışır.

"Koronavirusa qarşı peyvəndlənmə kampaniyası başladı, ilkin olaraq səhiyyə işçiləri və risk qruplarına daxil olanlar peyvənd ediləcək", -  telekanalın məlumatında deyilir.

Daha əvvəl İsraildə "Pfizer" şirkətinin istehsalı olan COVID-19 peyvəndi ilk dəfə Baş nazir Benyamin Netanyahuya vurulmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.