Dünya

Koronavirusun yeni, daha ağır mutasiyası aşkar olunub

19 Dekabr 2020 07:51
Baxış: 1 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Afrika Respublikasında (CAR) genetiklər ölkə üçün koronavirusun yeni növ mutasiyasını aşkar ediblər. Virus infeksiyanın ölkə ərazisində yayılmasının ikinci dalğası dövrünə aid hesab olunur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Virusun 501.V2 adlanan variantı əvvəllər qeydə alınmış digər mutasiyalardan fərqli olaraq daha sürətli yayılır. Bundan başqa, CAR-ın Səhiyyə Nazirliyinin açıqlamasına görə, 501.V2 birinci dalğa dövrü ilə müqayisədə, yanaşı xəstəlikləri olmasa da, gənc insanlar arasında daha tez-tez ağır formalı COVID-19-a səbəb olur.

Qeyd edilir ki, yeni mutasiya CAR-da ilk dəfə qeydə alınmamışdan əvvəl ona bir sıra ölkələrdə, o cümlədən Britaniya və Avstraliyada da rast gəlinib.

Ölkənin səhiyyə naziri Zveli Mhize bildirib ki, yeni növ koronavirus bir qədər narahatlıq yaratmasına baxmayaraq, əhalinin təşvişə düşməsinə ciddi səbəb yoxdur. O, maska və əlcək taxmağın, həmçinin pandemiya səbəbindən tətbiq olunan qaydalara riayət etməyin vacib olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.