Dünya

Etirazçılar traktorlarla parlament binasına girmək istədilər - VİDEO

17 Dekabr 2020 13:41
Baxış: 1 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moldovada hökumətin istefasını tələb edən fermerlər traktorlarla parlament binasına girmək istəyiblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt Kişinyovda fermerlər ölkədəki yay quraqlığı səbəbindən hökumətdən dəstək istəyiblər, ƏDV nisbətinin yüzdə 8-dən 12-yə qaldırılmasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxıblar.

Layihənin müzakirə olunduğu parlament iclasını əngəlləməyə çalışan nümayişçilər traktorları ilə parlamentin bağçasına girməyə çalışıblar.

Bunun qarşısını almağa çalışan polislə etirazçılar arasında toqquşma olub. Polis nümayişçilərə bibər qazı ilə müdaxilə edib.

Moldova Daxili İşlər Nazirliyinin məlumatına əsasən, toqquşmada 4 polis əməkdaşı yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.