"YouTube" Türkiyədə təmsilçiliyinin açılması ilə bağlı qərar qəbul edib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "YouTube"un yaydığı açıqlamada şirkətin hər zaman şəffaflıq, ifadə azadlığı və məlumat əldə etmə öhdəliyini qoruyaraq fəaliyyətini davam etdirdiyi ölkələrdə yerli qayda-qanunlara riayət etməyə diqqət göstərdiyi bildirilir.
Qeyd edilir ki, "YouTube"un Türkiyədəki məzmun istehsalçıları və istifadəçiləri üçün nə qədər vacib olduğunu nəzərə alaraq şirkət bu ölkədə hüquqi nümayəndəsinin təyin edilməsi ilə bağlı qərar qəbul edib.
Milli.Az