Dünya

Türkiyədə koronavirusla bağlı növbəti 56 saatlıq "Evdə qal!" rejimi başa çatıb

14 Dekabr 2020 16:48
Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı sərtləşdirilmiş məhdudiyyət qaydalarına uyğun olaraq dekabrın 11-də yerli vaxtla saat 21.00-da tətbiq olunan ikinci 56 saatlıq "Evdə qal!" rejimi bu gün saat 5.00-da başa çatıb.

Ümumilikdə ölkə əhalisi bu rejimə məsuliyyətlə əməl edib. Rejim müddətində dərin səssizlik müşahidə olunub. Qaydanı pozanlara qarşı cərimələr tətbiq olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həftənin cümə günləri saat 21.00-da başlanan 56 saatlıq "Evdə qal!" rejimi yeni qaydalar tətbiq olunana qədər qüvvədə qalacaq. Həftənin ilk beş günündə isə bu rejim saat 21.00-dan 5.00-dək davam edir.

Bundan başqa, xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı və 20 və bundan aşağı yaş həddində olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş həddində olanlara şənbə və bazar günü istisna olmaqla digər günlər yalnız saat 13.00-dan 16-dək evdən çıxmağa icazə verilir. Restoran və kafelər fəaliyyətlərini "paket serviz" səviyyəsində məhdud saatlarda davam etdirilər.

Maska taxmaq, təmizlik qaydalarına əməl etmək və sosial məsafə saxlamaq ən ciddi çağırışdır.

Qeyd edək ki, koronavirusa gündəlik yoluxma və ölüm halı infeksiya yaranandan bəri ən yüksək həddə müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.