Dünya

İran Azərbaycanında Ərdoğanın oxuduğu şeirə dəstək kampaniyası başladılıb

12 Dekabr 2020 19:09
Baxış: 1 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakıda oxuduğu şeirə etiraz edən İran Xarici İşlər Nazirliyinə qarşı İran Azərbaycanında vətəndaşlar dəstək kampaniyası başladıb.

İran Azərbaycanın xəbərlərini əks etdirən bir sıra sosial media hesabları vasitəsilə başladılan kampaniyada Azərbaycanlı vətəndaşlar Ərdoğanın oxuduğu şeiri oxuyaraq video paylaşırlar.

"Arazı ayırdılar" və "birlik üçün oxu kimi" haştaqlar ilə Twitter və Instagram sosial şəbəkələrində yayımlanan videolarda vətəndaşların hər videonun sonunda və şeiri vəya mahnını oxuduqdan sonra "Yaşasın Azərbaycan", "Yaşasın Türkiyə" və "Nə Mutlu Türkəm deyənə" şüarlarını səsləndirdikləri müşahidə olunur.

Kampaniyaya qatılan İran Azərbaycanında yaşayan vətəndaşların çəkdikləri videolarda Azərbaycan, Türkiyə və Traktor futbol komandalarının bayraqlarına da yer verdikləri görünür.

Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər Paradında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oxuduğu bayatı İran rəsmiləri tərəfindən narahatlıqla qarşılanıb.

İranın Xarici İşlər Nazirliyi Türkiyənin həmin ölkədəki səfirini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı "müdaxilə" xarakterli bəyanatına görə nazirliyə çağırdığını bildirir.

"Türkiyə səfirinə, İran İslam Respublikasının heç kimin ərazi bütövlüyünə müdaxilə etməsinə icazə vermədiyi söyləndi"-deyə İran XİN sözçüsü Səid Xətibzadə deyib.

Anadolu xəbər agentliyi Türkiyənin Xarici İşlər Nazirliyinin İranın Ankaradakı səfirini çağıraraq "prezidentə sənədsiz iddialar" mövzusu ilə bağlı nota verdiyini bildirib.

Həmin xəbərə görə, İranın Ankaradakı səfiri Ferazməndə İran Xarici İşlər Naziri Cavad Zərifin paylaşdığı tvit, Türkiyənin Tehrandakı səfiri Derya Örsün İran Xarici İşlər Nazirliyinə çağırılması və ölkənin prezidenti Ərdoğana qarşı irəli sürülən əsassız iddialar və Türkiyəyə qarşı İran medialarında nifrət kampaniyasının başlanması ilə bağlı nota verilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.