Dünya

Aİ ölkələri koronavirusa qarşı peyvəndləməyə eyni vaxtda başlayacaq

11 Dekabr 2020 19:29
Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqı (Aİ) liderləri Brüsseldəki zirvə toplantısında COVID-19-a qarşı peyvəndin koordinasiyalı şəkildə paylanmasına və peyvəndləməyə başlanılmasına dair razılığa gəliblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Almaniya kansleri Angela Merkel deyib:

"Biz həm də peyvəndin koordinasiyalı şəkildə paylanmasının, başqa sözlə desək, hər kəs üçün eyni zamanda mövcud olmasının vacibliyindən bəhs etdik".

Onun sözlərinə görə, eyni anda hamını vaksinasiya etmək mümkün olmasa da, hər şeyi koordinasiyalı şəkildə etmək mümkündür.

"Hamımızın peyvəndə bərabər şəkildə sahib çıxdığımızı göstərmək istəyirik", - deyə Merkel qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.