Dünya

İrəvanda polislərlə etirazçılar arasında yenidən toqquşma - VİDEO

11 Dekabr 2020 16:27
Baxış: 1 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvanın mərkəzində baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar və polis arasında yenidən qarşıdurma yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polis İrəvanın Opera Teatrının yaxınlığında Fransa Meydanında mitinq keçirilməsinə icazə verməyib, bir çox insan polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, noyabrın 10-na keçən gecə Ermənistan baş naziri, Rusiya və Azərbaycan Prezidentlərinin atəşkəs və sülhməramlıların Dağlıq Qarabağa köçürülməsi, eləcə də işğal olunmuş ərazilərin Azərbaycana təhvil verilməsinə dair bəyanat imzalamasından sonra İrəvanda kütləvi etirazlar başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.