Dünya

İlon Maskın “Starship” raketi sınaqlar zamanı partladı - VİDEO

10 Dekabr 2020 12:02
Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "SpaceX" şirkəti tərəfindən hazırlanan ən yeni kosmik raket "Starship"in prototipi sınaq uçuşu zamanı qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, şirkətin rəsmi "YouTube" kanalında bununla bağlı video paylaşılıb.

Kadrlarda raketin yüksək sürətlə Yer səthinə çırpıldığı görünür.

"SpaceX"in qurucusu İlon Mask isə hadisəyə müsbət reaksiya göstərib. O, raketin eniş anında yanacaq çənindəki çox aşağı təzyiq səbəbindən sürətinin azalmadığını izah edib, ancaq buna baxmayaraq, test zamanı bütün lazımi məlumatların da əldə edildiyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.