Dünya

İranda müxalif jurnalist edam olunacaq

8 Dekabr 2020 17:09
Baxış: 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda müxalif "Amadnews" xəbər portalının redaktoru Ruhullah Zem edam olunacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Hakimiyyətinin sözçüsü Qulam Hüseyn İsmaili məlumat yayıb. O, jurnalistə verilən hökmün Ali Məhkəmə tərəfindən təsdiqləndiyini qeyd edib.

Qeyd edək ki, "Amadnews" 2015-ci ildə teleqram sosial şəbəkəsində fəaliyyətə başlayıb. Rejim əleyhinə paylaşım edən portal 1 milyondan çox izləyiciyə sahib olub və 2017-ci ildə fəaliyyəti dayandırılıb.

Ruhullah Zemin redaktorluğundakı xəbər saytı "Sedaimardom" (Xalq səsi) olaraq yayımlarına davam edib. Zem 2019-cu ilin oktyabrında həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.