Dünya

İranda sel və daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatdı

8 Dekabr 2020 17:22
Baxış: 672
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İranın Fars, Gilan, Sistan və Bəlucistan, Buşəhr, Hörmüzqan, Kerman və Xuzestan əyalətlərində son günlərdə normadan artıq yağıntıların düşməsi nəticəsində sel və daşqınlar baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkənin Fövqəladə Hallar Təşkilatının sözçüsü Muctəba Xalidi bildirib ki, sel və daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Qeyd olunub ki, son günlərdə sel və daşqınlar daha çox Hörmüzqan əyalətində fəsadlar yaradıb. Burada 6 nəfər, digər əyalətlərdə isə 3 nəfər həyatını itirib.

İranın Əhvaz şəhəri və onun rayonlarında bır sıra yaşayış massivləri su altında qalıb.

Qeyd edək ki, bundan öncə 7 nəfərin öldüyü bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.