İranın Fars, Gilan, Sistan və Bəlucistan, Buşəhr, Hörmüzqan, Kerman və Xuzestan əyalətlərində son günlərdə normadan artıq yağıntıların düşməsi nəticəsində sel və daşqınlar baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, ölkənin Fövqəladə Hallar Təşkilatının sözçüsü Muctəba Xalidi bildirib ki, sel və daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
Qeyd olunub ki, son günlərdə sel və daşqınlar daha çox Hörmüzqan əyalətində fəsadlar yaradıb. Burada 6 nəfər, digər əyalətlərdə isə 3 nəfər həyatını itirib.
İranın Əhvaz şəhəri və onun rayonlarında bır sıra yaşayış massivləri su altında qalıb.
Qeyd edək ki, bundan öncə 7 nəfərin öldüyü bildirilib.
Milli.Az