Dünya

Prokuror: “Maradonanın ölümündə həkimlər günahkardır”

7 Dekabr 2020 10:21
Baxış: 1 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Buenos Ayresin San-İsidro bölgəsinin prokuroru əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın vəfatı ilə bağlı sərt ittihamlar səsləndirib.

Milli.Az APA-ya istinadən bildirir ki, prokuror Maradonanın həkim səhlənkarlığı ucbatından öldüyünü iddia edib.

Onun sözlərinə görə, mərhum mütəxəssisin şəxsi həkimi Leopold Luke bunda məsuliyyət daşıyır: "Heç kim xəstəyə baxmayıb. Görünən odur ki, həkimlər günahkardır. Dieqoya lazımi köməyi etməyiblər. Xəstənin durumu diqqətlə izlənilməyib. Ona ürək xəstəliyi olan insanlar üçün lazım olan dərmanlar verilməyib. Şübhəsiz ki, hər şeyə onun həkimi baxır, tibbi yardımın göstərilməsini koordinasiya edirdi. Xəstə də ona kor-koranə inanıb".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də evində ürək çatışmazlığından vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.