Dünya

Sabiq nazir: “Paşinyan xain damğasını üstündən atmağa çalışır”

6 Dekabr 2020 15:22
Baxış: 1 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nikol xain damğasını üstündən atmaq üçün özünə bəraət qazandırır. Buna görə də kreslosundan bərk yapışıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu Ermənistanın keçmiş ədliyyə naziri Arpine Ovannisyan "Facebook" səhifəsində yazıb.

"Nikol özünü sağa və sola köpüklü hirs qusan xarici ölkə agentlərindən daha az müdafiə edir (qorxu da qəzəblənməyə səbəb olur). İstəsəniz ona uğursuz, bacarıqsız, bisavad, psix və s. deyin. O, kefini pozmur. Qalmaq şansının olmadığını bilir. İndi məsələləri sırf tarix naminə həll edir.

Paşinyan tarixdə məğlub, uğursuzluq simvolu olaraq qalmağı qəbul edir, ancaq xain olaraq qalmaq istəmir. İndi vəzifəsindən bu problemi həll etmək üçün istifadə edir. Olmayacaq. Heç bir nəticə verməyəcək", - deyə sabiq nazir vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.