On dörd dövlətdən ibarət qrup dayanıqlı okean iqtisadiyyatını qurmağı öhdəsinə götürür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Portuqaliyanın Baş naziri ilə birgə 14 Dövlət və Hökumət Başçısının daxil olduğu dayanıqlı okean İqtisadiyyatı üzrə yüksək səviyyəli qrup okeanın "sağlamlığını bərpa etməyi" öz öhdələrinə götürüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Dayanıqlı okean iqtisadiyyatında yeniləşmə" adlı yüksək səviyyəli qrupun məlumatında deyilir: "Zəngin qida məhsullarına malik olan, sahil icmalarının imkanlarını genişləndirən, şəhərlərin inkişafına zəmin yaradan, malların daşınması və qlobal problemlərin həlli istiqamətində ən yeni üsulların tətbiq olunduğu okean mühitinin sağlamlığını qorumaq və bərpa etmək çox vacibdir. Bu gün, iqlimin dəyişməsi, oksidləşmə, okeanların istiləşməsi, dənizlərin çirklənməsi, balıqların tutulması və onların öz yaşayış yerlərini, bioloji müxtəlifliklərini itirməsi ilə bağlı təcili tədbirlərin görülməsinə ciddi ehtiyac duyulur".
Qrupun tərkibinə Baş nazirlər: Portuqaliyadan Antoniu Koşta, Avstraliyadan Skott Morrison, Fidcidən Frenk Mbainimarama, Yamaykadan Endryu Xolness, Yaponiyadan Ösixide Suqa və Norveçdən Erna Sulberq daxildir. Qeyd edək ki, Çili, Qana, İndoneziya, Keniya, Meksika, Namibiya, Palau prezidentləri də bu qrupun üzvləridir.
Hökumət başçılarının sözlərinə görə, COVID-19 pandemiyası bu kimi qlobal problemlərin həlli istiqamətində birlikdə çalışmağın zəruriliyini ortaya qoymaqla yanaşı, inkişaf etməkdə olan ölkələrə qarşı maliyyə təzyiqini də gücləndirib. 2025-ci ilədək milli yurisdiksiya altında olan okeanın akvatoriyasını tam rasional idarə etmək, 2030-cu ilədək isə, vəhşi balıq ehtiyatlarını tarazlamaq, sabit akvakultura yetişdirmək və tullantıları minimuma endirmək nəzərdə tutulur.
Bundan əlavə, dövlət başçıları növbəti onillikdə okean enerjisinin böyük bir enerji mənbəyinə çevriləcəyinə, sahil və okean turizminin inkişaf edəcəyinə, dəniz nəqliyyatına qoyulan sərmayələrin təsir səviyyəsi aşağı olan sıfır emissiyalı gəmilərə keçidi sürətləndirəcəyinə, dəniz dibindən faydalı qazıntıların hasilatının elmi cəhətdən əsaslandırılacağına və ekoloji cəhətdən davamlı olacağına ümid edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?





