Dünya

Səudiyyənin Türkiyəyə qarşı boykotu rəsmiləşdi

28 Noyabr 2020 10:36
Baxış: 1 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanı Türkiyə istehsalı olan məhsulları boykot edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aylardır davam edən qeyri-rəsmi boykot verilən qərarla rəsmiləşib.

Bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb. Bildirilib ki, Ərəbistana ət məhsulları, bal, süd, yumurta kimi digər kənd təsərrüfatı məhsullarının rəsmi qaydada idxalı dayandırılıb.

Qeyd olunub ki, Ankara və Ər-Riyad münasibətlərinin gərginləşməsindən sonra belə bir addım atılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.