Türkiyə istehsalı olan ilk COVID-19 peyvəndinin aprel ayında istifadəyə verilməsi planlaşdırılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə istehsalı olan ilk COVID-19 peyvəndinin aprel ayında istifadəyə verilməsi planlaşdırılır. İlkin mərhələdə səhiyyə işçilərindən başlayaraq risk qruplarına daxil edilən şəxslərə peyvəndin vurulması nəzərdə tutulur. Peyvənd tamamilə ödənişsiz olacaq.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Bildirilib ki, artıq Türkiyədə tətbiqinə başlanılan Çin istehsalı peyvəndin dekabr-fevral aylarında 50 milyon dozasının gətirilməsi planlaşdırılır.
Türkiyənin 15 vilayətində yoluxma saylarında böyük artımın olduğunu qeyd edən F.Koca deyib: "Son bir həftə ərzində yoluxma sayı 50 faizdən artıq olan şəhərlərimiz var. Bunun qarşısını almaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk. İstanbuldakı xəstəxanaların reanimasiya şöbələrində doluluq səviyyəsi 70 faizdir. Bəzi problemlərlə qarşı-qarşıya olduğumuzu bilirik. İyul ayından indiyədək 28 min 351 yoluxma faktı qeydə alınıb. Bu yalnız test edilən və xəstəlik aşkarlananların sayıdır. Xəstəliyi simptomsuz keçirənlər də var. COVID-19-dan həyatını itirənlərin böyük əksəriyyəti müalicəyə vaxtında başlamayanlardır".
Nazir ölkə ərazisində COVID-19-la bağlı yeni qadağaların tətbiqi ilə bağlı bir həftə - on gün sonra qərar veriləcəyini də deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
-
Ronaldonun yeni məşqçisi bəlli oldu
-
"Qalatasaray" Premyer Liqanın ulduzunu heyətə qatmağa yaxındır (Foto)
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi
-
"Eşref Rüya"nın Nusreti parik və eynəklə tanınmaz oldu (Foto)
-
"İsrail üçün ən yaxşı prezident mən olmuşam"





