Dünya

Ərdoğan hökumət üzvləri ilə Qarabağı müzakirə edəcək

17 Noyabr 2020 11:41
Baxış: 1 338
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dağlıq Qarabağ müharibəsindən sonrakı vəziyyət bu gün Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclas zamanı münaqişədən sonra əldə olunmuş razılaşma çərçivəsində Ermənistanın işğal altında torpaqları Azərbaycana təhvil verməsi prosesi, Türkiyə və Rusiyanın birgə monitorinq üçün əsgər göndərmək məsələləri müzakirə olunacaq.

Bundan başqa, Türkiyədə koronavirus pandemiya və şərqi Aralıq dənizi bölgəsində kəşfiyyat işləri kimi məsələlər iclasın gündəliyində yer alıb.

Nazirlər Kabinetinin iclası Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.