Dünya

Ermənilərin türk məşhurlarla bağlı çirkin təbliğatı Türkiyə mediasında

23 Oktyabr 2020 12:57
Baxış: 2 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Qarabağda davam edən döyüşlərdə türkiyəli məşhurlardan istifadə edərək dezinformasiya yaymağı Türkiyə KİV-nin gündəmini zəbt edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin tanınmış telekanalları və xəbər portalları məlumat yayaraq ermənilərin çirkin təbliğata əl atdıqlarını bildirib.

Həmçinin məşhurların hərbi xidmətdə çəkilən fotolarının düşmən ölkənin mətbuatında yer aldığı qeyd edilib. Belə ki, onlar öldürülən Azərbaycan əsgərləri kimi təqdim edilib.

Erməni tərəfinin şəkillərindən istifadə etdiyi məşhur simalar isə müğənni Sərdar Ortaç, aktyorlar - Aras Bulut İynemli, Kaan Girgin, aparıcı Alp Kırşan, şoumen Bəyazit Öztürk, pop ulduz Tarkan və sosial şəbəkə fenomeni Burak Özdemirdir.

Milli.Az

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.