Azərbaycan Səhiyyə naziri Oqtay Şirəliyevlə türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri yazıb.
F.Koca bildirib: "Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevlə telefon danışığımız oldu. Ermənistanın qeyri-insani hücumu nəticəsində ona başsağlığı verdim və kədərimizi dilə gətirdim. Qardaş Azərbaycan xalqının yanındayıq. Hər cür tibbi ehtiyaclarında yardıma hazırıq".
Milli.Az