Dünya

Anasını güllələdikdən sonra intihar etdi

23 Sentyabr 2020 10:17
Baxış: 1 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Yeni Moskva bölgəsində 1971-ci il təvəllüdlü paytaxt sakini anasını güllələyərək öldürdükdən sonra intihar edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Moskva İstintaq İdarəsinin rəhbərinin baş köməkçisi Yulia İvanova jurnalistlərə açıqlamasında bildirib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2 hissəsinə (iki və ya daha çox insanın öldürülməsi) əsasən, faktla bağlı cinayət işi açılıb. 

Hadisə sentyabrın 22-də Desenovskoye qəsəbəsində baş verib. 

İlkin məlumatlara görə, anasını öldürməzdən əvvəl kişi depressiyada olub. 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, mənzilin qapısı arxadan bağlı olub. Xilasedicilər qapını açdıqdan sonra içəridə ana və oğulun meyitlərini aşkar ediblər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.