Dünya

Rusiyada klinikada yanğın baş verib, 4 nəfər ölüb, 2 nəfər yaralanıb

17 Sentyabr 2020 07:25
Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Krasnoyarsk şəhərində "Mir" Prospekti, 115a ünvanında yerləşən özəl klinikada yanğın baş verib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, yanğın zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yanğının yerli vaxtla 23.46-da baş verdiyi bildirilib.

Alov klinkanın 1-ci mərtəbədəki ofisdə başlayıb.

Dərhal 16 nəfər klinikadan çıxarılıb və 01.19-da yanğın söndürülüb.

İlkin ehtimala görə, hadisəyə səbəb ehtiyatsızlıq və ya elektrik avadanlıqlarının nasazlığı ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.