Dünya

6 milyon xərclədi, namizədliyi qeydə alınmadı

10 Sentyabr 2020 13:02
Baxış: 1 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Arizona Ali Məhkəməsi dünyaca məşhur repçi Kane Uestin Prezidentliyə namizədliyini qeydə almayıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, daha əvvəl də istəyi geri çevrilən ifaçının etirazı yenidən dəyərləndirilib. Bildirilib ki, sənətçinin namizəd göstərildiyi müraciətdə siyasi partiya mənsublarının imzası yer almayıb və bu, əyalət seçim qaydalarına ziddir. 

Bununla da, Uest rəqibləri Donald Tramp və Joe Bidenlə mübarizə apara bilməyəcək.

Qeyd edək ki, dünya ulduzu 7 iyun tarixində Prezident seçkilərində iştirak edəcəyini bildirib, bu günədək seçki kampaniyası üçün 6 milyon dollar xərcləyib.  

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.