Dünya

Moldovada prezident seçkiləri kampaniyası başlanır

25 Avqust 2020 08:13
Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 1-də Moldovada prezident seçkiləri keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə prezident seçkiləri kampaniyasına sentyabrın 1-dən başlanılır. Otuz gün ərzində namizədlər qeydiyyata alınacaq və təşviqat aparacaqlar.

Bütün ictimai rəy sorğularına görə, seçki kampaniyasının favoriti hazırda Prezident İqor Dodondur. Moldova Respublikası Sosialistlər Partiyası artıq onun dəstəkləməsini bildirib. İqor Dodon deyib ki, ikinci müddətə namizədliyinin irəli sürülməsi barədə qərarı 1-10 sentyabr tarixlərində qəbul etməyi planlaşdırır.

Onun əsas rəqibi 2016-cı ildə məğlub olan Avropa yönlü fəaliyyət və həmrəylik partiyasının lideri Maya Sandudur. Daha sonra reytinqdə dörd il əvvəl sağ qüvvələrdən vahid namizəd M.Sandunun lehinə seçkilərdə iştirak etməkdən imtina edən "Ləyaqət və həqiqət platforması" partiyasının sədri Andrey Nestase gəlir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.