Dünya

Rəsmi Moskva azərbaycanlılarla ermənilər arasında ticarət sahəsində yaşanan problemə münasibət bildirdi

20 İyul 2020 14:31
Baxış: 2 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan sərhədindəki vəziyyət mümkün qədər tez həll ediləcək və bu münaqişə ətrafındakı emosional vəziyyət normala dönəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Münaqişənin Moskvada ticarət sahəsinə təsiri barədə məlumatlara münasibət bildirən Kremlin sözçüsü vurğulayıb ki, Rusiya vətəndaşı olan həm ermənilər, həm də azərbaycanlılar Rusiya cəmiyyətinin hörmətli üzvləridir, lakin aydındır ki, Azərbaycan-Ermənistan sərhədində eskalasiyanın artması bu şəxsləri laqeyd qoya bilməz:

"Ümid edirik ki, bu vəziyyət ən qısa zamanda həll ediləcək və bununla da emosional fon da normal vəziyyətə qayıdacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.