Dünya

İranda Azərbaycana dəstək aksiyaları keçirilib

16 İyul 2020 21:29
Baxış: 1 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda Azərbaycana dəstək aksiyaları olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, aksiyalardan biri Ermənistanın Tehrandakı səfirliyi qarşısında baş tutub. Aksiya iştirakçıları işğalçı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə və hərbi obyektlərinə təcavüzkar hücumları nəticəsində Azərbaycanın bir neçə hərbiçisi və mülki şəxsi şəhid olduğunu bildirib, bu təcavüz aktını pisləyiblər. Aksiyada Ermənistan ordusunun işğalçı hücumları qarşılığında Azərbaycan xalqına dəstək ifadə olunub.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qarşısında da Azərbaycana dəstək aksiyası keçirilib.

Bundan başqa, İranın azərbaycanlılar yaşayan vilayətlərində də aksiyalar təşkil olunub.

Urumiyə, Zəncan və Ərdəbil şəhərlərində keçirilən dinc aksiyalarda Ermənistanın son təcavüzkar əməlləri pislənib, Azərbaycanla həmrəylik nümayiş etdirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.