Dünya

İran XİN: İran Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır

16 İyul 2020 18:51
Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran dinc yollar çərçivəsində Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində mətbuat konfransında deyib.

A.Musəvinin sözlərinə görə, son günlər Azərbaycan və Ermənistan arasında gərginliyin artması ilə İranın Xarici İşlər Nazirliyi bu istiqamətdə fəaliyyətini artırıb. Çünki regionun əlavə qarşıdurmaya dözümü yoxdur.

Musəvi əlavə edib ki, İran iki ölkə arasında qarşıdurma baş verməsinin ardınca, iki tərəfi təmkinli olmağa dəvət edib və gərginliyin azalacağına ümid edir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.