Nyu-Yorkda COVID-19-un ağır formasına yoluxmuş 40 faizədək xəstə vəfat edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"The Lancet" jurnalında dərc olunmuş tədqiqatların nəticələrinə görə, COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş pasiyentlərin əksəriyyətinə süni nəfəs aparatının qoşulması tələb olunur.
Milli.Az Trend-ə istinadən bildirir ki, tədqiqatlar nəticəsində, həmçinin o da məlum olub ki, yeni SARS-CoV-2 koronavirusunun törətdiyi ciddi fəsadlarla ağır formada xəstəxanalara yerləşdirilən pasiyentlərin demək olar ki, 40 faizə qədəri həyatlarını itirir.
Tədqiqatlar barədə hesabatda ABŞ-da koronavirusun yayılma mərkəzi olan Nyu-Yorkdakı 257 xəstədə virusun inkişaf prosesi təsvir edilir. "Bizim apardığımız tədqiqatlar COVID-19-un ABŞ xəstəxanalarında ağır vəziyyətdə olan xəstələrə necə təsir edə biləcəyi barədə ehtimalları əks etdirir", - deyə araşdırmanın baş müəllifi və Nyu-Yorkun Kolumbiya Universiteti yanındakı "İrvinq" Tibb Mərkəzinin pulmonoloqu doktor Maks O'Donnell bildirib.
O'Donnell və onun həmkarları öz analizlərində martın 2-dən aprelin 1-dək COVID-19 diaqnozu ilə Nyu-Yorkdakı iki xəstəxanaya müraciət etmiş 1150 nəfər yaşlı pasiyentin monitorinq nəticələrini qeyd ediblər. Tədqiqatçılar həmin xəstələr üzərində 28 gün müşahidə aparıblar. Müşahidələr zamanı xəstələrin əsasən nəfəs çatışmazlığından, qızdırmadan, öskürəkdən, əzələ ağrılarından və ishaldan şikayət etmələri məlum olub. Xəstələrin 22 faizində, yəni 1150 nəfərdən 257-nin səhhətində qəfil problemlər aşkarlanıb. Nəticədə onları intensiv terapiya şöbəsinə köçürməli olublar.
Ağır xəstələrin üçdə ikisinin kişilərdən ibarət olduğu və onların ən azı 80 faizinin bir xroniki xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Alimlər həmin xəstələrin 63 faizində yüksək təzyiq, 36 faizində isə diabet olduğunu müəyyənləşdiriblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu





