Dünya

Bosniya və Herseqovinada aeroportların fəaliyyəti dayandırılır

26 Mart 2020 08:44
0 Şərh     Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bosniya və Herseqovina martın 30-dan etibarən ölkədəki aeroportların fəaliyyətini dayandıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunlar Sarayevo, Banya-Luka, Tuzla və Mostar şəhərlərindəki kommersiya məqsədli aeroportlardır. Səbəb ölkədə koronavirusun yayılmasının qarşısını almaqdır.
Bununla da keçmiş Yuqoslaviya ölkələri arasında yalnız Xorvatiyada kommersiya məqsədli (yəni, sərnişindaşıma) uçuşlar davam etdiriləcək. Sloveniya isə Lyublyana Beynəlxalq Hava Limanının fəaliyyətini martın 30-da bərpa etməyi planlaşdırsa da, bu müddətin uzadılma ehtimalı böyükdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.