Hindistanda 21 günlük xüsusi karantin rejimi elan olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hindistanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkə səviyyəsində 21 günlük xüsusi karantin rejimi elan olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması hökuməti belə addım atmağa vadar edib. Hökumət vətəndaşlara ciddi səbəb olmadığı halda küçəyə çıxmamağı tövsiyə edib. Baş Nazir Narendra Modi televiziya ilə xalqa müraciətində karantin rejiminin koronavirusun yayılmasının qarşısının alınması istiqamətində çox vacib olduğunu deyib.
"Hindistanı, onun vətəndaşlarını, sizi, ailələrinizi qorumaq üçün hər bir küçə, hər bir məhəllə bağlı saxlanılacaq", - deyən Baş Nazir, xalqı çaxnaşmaya düşməməyə çağırıb və əsas tədarüklərin mərkəzi hökumət tərəfindən təmin ediləcəyini deyib.
Xüsusi karantin rejimi ilə əlaqədar ölkədə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub, hava nəqliyyatı isə tamamilə dayandırılıb. Hindistan daha əvvəl beynəlxalq uçuşları məhdudlaşdırmışdı.
Hindistan hökuməti martın 14-də COVID-19-u ölkə səviyyəsində fəlakət elan edib. İndiyədək Hindistanda 562 nəfər virusa yoluxub, 10 nəfər isə bu virus səbəbindən ölüb. Hökumət virus səbəbindən ölənlərin ailələrinə təxminən 5200 ABŞ dolları kompensasiya veriləcəyini açıqlayıb.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, artıq virus böyük şəhərlərdən orta və kiçik şəhərlərə yayılmağa başlayıb. Mütəxəssislər lazımi addımlar atılmasa, mayın ortalarınadək Hindistanda milyondan çox adamın COVID-19-a yoluxa biləcəyini proqnozlaşdırıb. Hindistanda koronavirusun yayılmasını sürətləndirə biləcək amillərdən biri də bəzi evlərdə dayanıqlı su təminatının olmaması səbəbindən sanitar-gigiyena vəziyyətinin aşağı səviyyədə olmasıdır.
Qeyd edək ki, Hindistanın karantin elan etməsi ilə dünyada COVID-19 pandemiyası ilə əlaqədar karantində olanların sayı 2,6 milyard nəfərə çatıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva





